Okt 26, 2017 10:05 Asia/Baku
  • Türkiyədə anti-terror əməliyyatı
    Türkiyədə anti-terror əməliyyatı

Türkiyənin İstanbul şəhərində 62 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bu şəxslər İŞİD terror qruplaşması ilə əlaqəyə malik olmaqda şübhəli bilinirlər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin terrorizm ilə mübarizə qüvvələrinin, İŞİD terror qruplaşmasına bağlı ünsürlər tərəfindən terror aktının törədilməsinə hazırlıqla bağlı informasiyanın daxil olmasının ardınca, İstanbul şəhərinin 17 nöqtəsində eyni zamanda keçirilən xüsusi əməliyyat tədbirləri zamanı 62 nəfər saxlanılıb. Saxlanılanların 58-i xarici ölkə vətəndaşıdır. 

Bu əməliyyat zamanı xeyli miqdarda İŞİD-ə məxsus sənədlər və elektron yazışmalar ələ keçirilib. Saxlanılanlar hazırda istintaqa cəlb ediliblər. 

Bundan öncə də Türkiyə polisi ölkədə İŞİD-ə bağlı onlarla terrorçunun saxlanılmasından xəbər vermişdi. 

Teqlər