Noy 04, 2017 10:53 Asia/Baku
  • Türkiyənin Suriyanın Cerablos və İdlib ərazilərində əməliyyat ehtimalı
    Türkiyənin Suriyanın Cerablos və İdlib ərazilərində əməliyyat ehtimalı

Türkiyə prezidenti terrorçu qrpularla mübarizənin davam etməsini vurğulayaraq Türkiyə ordusunun Suriyanın Cerablos və İdlib şəhərlərində hərbi əməliyyatlar aparması ehtimalından xəbər verib.

Türkiyənin TRT kanalının verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Manisa şəhərində etdiyi çıxışında bildirib ki, Türkiyə ordusu qüvvələri terrorçuları Suriya və İraq sərhədləri daxilinə hədəfə alacaq ona görə ki, Ankara bu terrorçu qrupların Türkiyə ərazisinə daxil olmalarını gözləyə bilməz. 

Ərdoğan deyib ki, Suriya və İraq rəsmiləri özləri bu sahədə təşəbbüs həyata keçirməzlərsə Türkiyə bu ölkələrin daxilindəki terrorçuları özü məhv edəcək. 

Türkiyə prezidenti çıxışının başqa bir hissəsində Avropa dövlətlərini terrorçuları himayəyə son qoymağa çağırıb. 

Terrorçu İŞİD qrupunun İraq və Suriyada ardıcıl məğlubiyyətləri nəticəsində bu təkfirçi qrupunn bir çox üzvləri Türkiyəyə qaçıblar. 

Teqlər