Türkiyə və Almaniya XİN rəhbərləri görüşüblər
Türkiyə və Almaniya xarici işlər nazirləri Türkiyənin Antaliya şəhərində görüşüblər.
FransPressin verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Tvitter səhifəsində yazıb: Almaniya xarici işlər naziri Ziqmar Qabriel ilə görüşdə qarşılıqlı əlaqələr, iki tərəfin üz-üzə durduqları problemlər və gözləntilər müzakirə edildi.
Bu qeyri-rəsmi görüş, son illərdə iki ölkə arasında böhranlı şərayitin yarandığına görə Türkiyə mediyasının diqqətini çəkib.
Almaniya ilə Türkiyə arasında əlaqələr son illərdə bir çox səbəblərdən o sıradan Almaniyanın Ərdoğanın müxalifi olan kürdlərə dəstək verməsi, Türkiyənin AB-yə üzvlüyünü əngəlləməsi və Türkiyədə bir neçə jurnalistin həbs edilməsinə görə gərginləşib.
Almaniya bəzi alman vətəndaşı olan jurnalistlərin Türkiyədə həbs edilmələrinə də etiraz edir və Türkiyənin AB-yə üzvlük müzakirələrinin davam edəcəyinə şübhə ilə yanaşdığını bildirir.
Türkiyə də dəfələrlə Almaniyanı ötən il 15 iyul uğursuz dövlət çevrilişində əli olan Gülən qrupu tərəfdarlarına sığınacaq verməkdə ittiham edir.