Yan 01, 2018 20:15 Asia/Baku
  • Suriyanın şimalında Türkiyənin raket müdafiə sistemi yerləşdirilib
    Suriyanın şimalında Türkiyənin raket müdafiə sistemi yerləşdirilib

Türkiyə ordusu Suriyanın Hələb şəhərinin qərbində bir neçə hava hücumundan müdafiə sisteminin yerləşdirilməsindən xəbər verib.

Suriyalı müxaliflər faş ediblər ki, Türkiyə ordusu dünən gecə lokator aparatlarına və rabitə təchizatlarına malik olan "Hauk" tipli hava hücumundan müdafiə sistemini Suriyanın Hələb şəhərinin qərbində yerləşdiribdir.

Belə bir halda, Suriya dövləti bildirib ki, Türkiyənin bu ölkənin şimalındakı hərbi iştirakı Suriyanın hakimiyyətinin aşkar tərzdə pozulması sayılır və buna görə, Türkiyə hərbçilərilə təcavüzkar qüvvələr kimi davranacaqdır.

ABŞ və Türkiyə elə bir halda Suriyanın ərazi bütövlüyünü pozurlar ki, bu ölkə ilə onun ərazisində öz hərbçilərinin iştirakı üçün heç bir razılaşma imzalamayıblar və suriyalı rəsmilər da Türkiyə və ABŞ dövlətlərindən belə bir xahiş almayıblar.

Teqlər