Türk əsilli alman futbolçuya ehtimal üzrə siyasi ambissiya ilə atəş açılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i291653-türk_əsilli_alman_futbolçuya_ehtimal_üzrə_siyasi_ambissiya_ilə_atəş_açılıb
Almaniyanın Aaxen şəhərində türk əsilli alman futbolçunun avtomobili atəşə məruz qalıb. Ehtimal üzrə bu insident siyasi ambissiya ilə baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2018 15:45 Asia/Baku
  • Türk əsilli alman futbolçuya ehtimal üzrə siyasi ambissiya ilə atəş açılıb
    Türk əsilli alman futbolçuya ehtimal üzrə siyasi ambissiya ilə atəş açılıb

Almaniyanın Aaxen şəhərində türk əsilli alman futbolçunun avtomobili atəşə məruz qalıb. Ehtimal üzrə bu insident siyasi ambissiya ilə baş verib.

Associated Pressin məlumatına görə, Almaniyanın şimal-qərbində Aaxen şəhəri prokurorluğunun sözçüsü deyib: Bu insidentdə kimsəyə xəsarət dəyməyib və polis hadisəni tam şəkildə araşdırmaqla məşğuldur. 

Türk əsilli alman futbolçu Deniz Naki hadisə baş verərkən, ailəsinin yaşadığı məkana gedirmiş. 

Almaniyanın Di Velt nəşri bu barədə yazıb: Naki ehtimal üzrə Türkiyədəki siyasi keçmişinə görə hücuma məruz qalıb. 

Bu futbolçu ötən il PKK terror qruplaşmasını təbliğ etmək ittihamı ilə 18 aylıq təxirli həbsə məhkum olunub.