Almaniyada Türkiyəyə qarşı aksiya
Almaniyanın Hanover şəhərində , kürdlər Türkiyənin Afrinə qarşı əməliyyatları əleyhinə aksiya keçiriblər, aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib.
Almaniya xəbər agentliynin verdiyi məlumata görə, Hanover şəhərində minlərlə kürdün iştirakı ilə keçirilən aksiyada alman şirkətlərin Türkiyəyə qarşı silah satışına etiraz edilib.
Bu məlumata görə, aksiya iştirakıları ilə polis arasında baş verən toqquşmalarda 3 nəfər saxlanılıb.
Almaniyanın Koln və Vupertal şəhərlərində də oxşar aksiyalar keçirilib.
Türkiyə cari il yanvaın 20-də Suriyanın şimal qərbində yerləşən kürd sakinli Afrinə qarşı hərbi əməliyyta başladı .
Rəsmi ankara bu əməliyyatın kürd terrorçularına qarşı həyata keçdiyini bildirir. Rəsmi Dəməşq isə bu hücumları pisləyib.