Türkiyə XİN Merkelin sözlərinə kəskin reaksiya verib
Türkiyə Xarici İşlər Nazirliyi Almaniya kansleri Angela Merkelin Suriyanın Afrin bölgəsinə qarşı Zeytun Budağı əməliyyatı barədə sözlərini pisləyib.
Türkiyə XİN Merkelin bəyanatının reallığı əks etdirmədiyini bildirib.
Türkiyə XİN bildirib: Türkiyə ordusunun Afrin bölgəsini minalar, partlamamış bombalar və partlayıcı pusqulardan təmizləmə əməliyyatı davam edir.
Öncə Almaniya kansleri Türkiyənin Afrindəki hərbi əməliyyatını kəskin şəkildə tənqid etmişdi.
Angela Merkel deyib: "Türkiyənin Suriyanın şimalında qanuni təhlükəsizlik mənafelərinə malik olmasına rəğmən, Afrində baş verənlər qəbulolunmazdır. Minlərlə mülki çətin dürümla, ölüm təhlükəsi ilə üz-üzədir yaxud qaçqın düşmək məcburiyyətində qalır. Biz bu hərəkətləri kəskin şəkildə pisləyirik."