Ərdoğan Ankarada Putinlə görüşüb
https://azeri.sahartv.ir/news/türkiyə-i300680-Ərdoğan_ankarada_putinlə_görüşüb
Rusiya prezidenti Türkiyə səfərində öz türkiyəli həmkarı ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2018 16:02 Asia/Baku
  • Ərdoğan Ankarada Putinlə görüşüb
    Ərdoğan Ankarada Putinlə görüşüb

Rusiya prezidenti Türkiyə səfərində öz türkiyəli həmkarı ilə görüşüb.

Rusiya prezidenti Vladimir Putin bu gün, bir daha Rusiya prezidenti seçilməsindən sonrakı ilk xarici səfərində Türkiyəyə daxil olub.

O bu səfər gedişində Ankarada prezident sarayında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb.

Putin və Ərdoğan bu görüşdə iki ölkə əlaqələri, beynəlxalq və regional məsələlər, o sıradan Suriya böhranı barədə danışıblar.

Putin həmçinin Ankarada İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə də görüşməlidir.

Putinin Türkiyədən görüşü İran, Türkiyə və Rusiyanın Suriya ətrafında keçirilən ikinci sammitində iştirak üçün həyata keçir. Suriyada atəşkəs və bu ölkənin ərazi bütövlüyü kimi məsələlər üç ölkənin sammitində araşdırılacaq məsələlərdən olacaqdır. Bu müzakirələrin birinci raundu Soçidə keçirilmişdi.