Avq 30, 2018 11:58 Asia/Baku
  • Türkiyə: ABŞ dollarının dünya sistemindəki etibarı itirilib

Türkiyənin maliyyə naziri Berat Albayrak deyib: ABŞ dollarının dünyanın ticarət mübadilələri, bank və pul sistemindəki etibarı itirilib və daha ona inam yoxdur.

Albayrak Türkiyədə çıxan Milliyyət qəzeti ilə müsahibədə əlavə edib: ABŞ dolları etimadolunası və təhlükəsiz bir vasitə kimi daha dünyanın ticarət mübadilələri sistemindən çıxıbdır.

Türkiyənin maliyyə naziri deyib: Türkiyə dövləti var gücü ilə xarici iqtisadi təhdidlər qarşısında dayanıb və Amerikanın iqtisadi təzyiqlərinə təslim olmayacaqdır. Belə ki, Türkiyə dövləti ardıcıl şəkildə və durmadan qonşu ölkələrin və bir qrup Avropa ölkəsinin başçıları ilə müzakirər aparmaqdadır.

Türkiyə xalqının, xüsusən bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının nöqteyi-nəzərincə, Türkiyənin milli valyuta böhranı əslində Amerikanın Türkiyəni zəiflətmək üzrə cəhdi ilə bağlıdır.

Teqlər