Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb
İyun 25, 2020 18:06 Asia/Baku
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb.
SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 52 303 şübhəli koronavirus testindən keçib, onlardan 1458-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1472 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 5046 nəfər ölüb, 193 115 nəfər bu infeksiyaya yoluxub, 165 706 nəfər isə müalicə olunub.
Teqlər