İyul 22, 2020 07:11 Asia/Baku
  • Yunanıstan Avropa Birliyindən Türkiyəni sanksiya etməsini istəyib

Yunanıstanın baş naziri Almaniyanın xarici işlər naziri ilə görüşdə dəniz məkanını pozduğuna görə, Avropa Birliyindən Türkiyəni sanksiya etməsini istəyib.

SəhərAzəri xəbər verir, Kiriakos Mitsotakis dünən Afinada Hayko Maasla görüşdə deyib: Türkiyənin Aralıq dənizində qaz resurslarının çıxarılması sahəsindəki rəftarı dəyişilməzsə, Avropa Birliyinin Türkiyəyə qarşı sanksiya tətbiq etməkdən savayı bir yolu qalmayacaqdır.

Almaniyanın xarici işlər naziri Hayko Maas da bildirib ki, Yunanıstan və Kiprin istiqlalyiyyətlərinin qorunması və ərazi bütövlükləri məsələsi sonda Avropa Birliynə aid olan bir məsələdir. O, deyib: Lazım olan təqdirdə və Yunanıstana dəstək istiqamətində Avropa Birliyi Türkiyəyə sanksiya tətbiq etməy əl ata bilər.

Maas sonra deyib: Türkiyənin bu yolda addımlayacağı zamanadək sanksiyanın tətbiq edilməsi ehtimalı var.

Türkiyə və Yunanıstan Aralıq dənizinin qaz resursları barədə əsaslı ixtilafa malikdirlər.

Türkiyə ilə Yunanıstan arasındakı ixtilaflar son bir neçə ay ərzində, xüsusən Türkiyədən Yunanıstana daxil olmaq istəyən miqrantlar məsələsi üstündə yüksəlibdir. Afina həmçinin Türkiyənin Kiprdəki müdaxilələrinə görə də Ankaranı kəskin tənqid atəşlərinə tutubdur.

Avropa Birliyi ilə Türkiyə arasındakı əlaqələr də son aylar ərzində və Liviya məsələsi üstündə nəzərəçarpacaq bir gərginlik səviyyəsinə çatıbdır.

Avropa Birliyi Türkiyənin Liviyanın işlərinə hərbi müdaxiləsini tənqid edib və vurğulayıbdır ki, Ankara açıq şəkildə Liviyaya qarşı silah sanksiyasını pozur.

Fransa, Almaniya və İtaliya vurğulayıblar ki, Türkiyənin Liviyanın işlərinə hərbi müdaxiləsinin davam etməsi Avropa Birliyinin Ankaraya qarşı sanksiyaları ilə nəticələnəcəkdir.

Teqlər