Türkiyədə son sutkada 1226 nəfər koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/türkiyə-i365962-türkiyədə_son_sutkada_1226_nəfər_koronavirusa_yoluxub
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2020 17:50 Asia/Baku
  • Türkiyədə son sutkada 1226 nəfər koronavirusa yoluxub

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 70 192 şübhəli koronavirus testindən keçib, onlardan 1226-nın cavabı pozitiv çıxıb, ağır xəstə sayı 656 nəfər olub, 923 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 246 861 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5934 nəfər ölüb, 228 980 nəfər isə müalicə olunaraq sağalıb.

Nazir qedy edib ki, COVID-19-a yoluxan ağır xəstələr arasında yaşlı və xroniki xəstəlikləri olanlar çox artıb.

Image Caption