Avq 20, 2020 03:10 Asia/Baku
  • Yunan müşavir Türkiyə açıqlamasına görə istefa verdi

Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Aleksandros Diakopoulos Türkiyə ilə bağlı açıqlamasından sonra istefaya gedib.

SəhərAzəri Axar-a istinadla xəbər verir, müşavir açıqlamasının yanlış anlaşıldığını və hökumət üçün problem yaratdığını bildirib.

“Belə bir niyyətim əsla yox idi. İllərdir ölkəmə xidmət etdim və hər zaman məsuliyyətli olmağı öyrəndim. Bu səbəbdən Baş nazirin milli təhlükəsizlik müşaviri vəzifəsindən istefa verirəm”, - deyə Diakopoulos bildirib.

Qeyd edək ki, A.Diakopoulos Türkiyənin “Oruc Rəis” gəmisinin Yunanıstanın ərazi sularında araşdırma apardığını və bölgəni işarələdiyini bildirmişdi.

Teqlər