Türkiyədə son sutkada koronavirusdan 55 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i367064-türkiyədə_son_sutkada_koronavirusdan_55_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 55 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2020 18:56 Asia/Baku
  •  Türkiyədə son sutkada koronavirusdan 55 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 55 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 111 193 şübhəli koronavirus testindən keçib, onlardan 1673-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1181 nəfər olub, 943 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 284 943  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6837 nəfər ölüb.

Image Caption