Türkiyə və Almaniya müdafiə nazirləri telefonla söhbət ediblər
Türkiyə və Almaniya müdafiə nazirləri bir telefon söhbətində ikitərəfli əlaqələr, region üzrə müdafiə və təhlükəsizlik məsələləri barədə məşvərət ediblər.
SəhərAzəri xəbər verir, Xulusi Akar Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer ilə söhbətdə vurğulayıb ki, Ankara Şərqi Aralıq dənizindəki hüquqlarını müdafiə edəcək.
Türkiyənin müdafiə naziri bildirib ki, digər ölkələr Türkiyənin Şərqi Aralıq dənizindəki suverenliyinə hörmət etməlidirlər. O, sonra deyib: Biz danışıqlar yolu ilə problemlərin həllini, həmçinin bölgədəki gərginliyin azalmasını istəyirik.
Son həftələr ərzində Türkiyənin neft və qaz ehtiyatlarının çıxarılması üzrə qazıntı-kəşfiyyat fəaliyyətləri üstündə Şərqi Aralıq dənizindəki çəkişmələr şiddətlənibdir.
Yunanıstan bəzi Avropa ölkələri ilə yanaşı bu fikirdədir ki, Türkiyənin hərəkətləri qanunsuz və gərginlikyaradandır. Onlar bu hərəkətlərin nəticələri barədə Ankaraya xəbərdarlıq ediblər. Ankara isə deyir ki, yalnız bu dənizdə, həmçinin Qara və Egey dənizlərində öz hüquqlarını təmin etməkdədir.