Yan 09, 2021 14:04 Asia/Baku
  • Şentop:

Türkiyə Millət Məclisinin sədri noyabrın 9-da Qarabağ problemi həll olunsa da, Cənubi Qafqazdakı problemlərin öz həllini tapmadığını bəyan edib.

SəhərAzəri xəbər verir, İstanbulda keçirilən "Cənubi Qafqazda güc tarazlığı və Qarabağ problemi Simpoziumu"nda çıxış edən Mustafa Şentop Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, Cənubi Qafqazdakı, Türkiyənin ətrafındakı problemlər hələ öz həllini tapmayıb, əksinə, bu müddət ərzində daha qarışıq hal alıb.

Şentop onu da vurğulayıb ki, Ermənistan həm Rusiyanı, həm də Türkiyəni Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb: "Məlumdur ki, Ermənistan Rusiyanı öz tərəfində bu münaqişəyə cəlb etmək üçün çox cəhd göstərdi. Lakin Rusiya Prezidenti Vladimir Putin başda olmaqla bu ölkənin səlahiyyətli şəxsləri münaqişənin Azərbaycan torpaqlarında getdiyini, başqa sözlə, müdafiə prinsiplərinin yalnız Ermənistana hücum olarsa, qüvvəyə minəcəyini çox konkret şəkildə ifadə etdilər".

O, Ermənistanın eyni şəkildə Türkiyəni də münaqişəyə cəlb etmək istədiyini vurğulayıb və deyib: "Ermənistan Naxçıvana hücum etməklə Türkiyəni bu qarşıdurmaya çəkməyə cəhd göstərdi. Bununla da Ermənistanın sadəcə Cənubi Qafqaz üçün deyil, əslində bütün bölgə üçün təhdid olduğunu açıq şəkildə ortaya qoydu".

Teqlər