Türkiyədə BioNTech vaksininin inyeksiyası başlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i375275-türkiyədə_biontech_vaksininin_inyeksiyası_başlanıb
Türkiyə hökuməti bu ölkədə ümumi vaksinasiya layihəsi çərçivəsində Pfizer-BioNTech vaksinin inyeksiyasına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2021 18:33 Asia/Baku
  • Türkiyədə BioNTech vaksininin inyeksiyası başlanıb

Türkiyə hökuməti bu ölkədə ümumi vaksinasiya layihəsi çərçivəsində Pfizer-BioNTech vaksinin inyeksiyasına başlayıb.

SəhərAzəri xəbər verir ki, Türkiyə səhiyyə nazirliyi bu növ vaksindən iki milyon 800 min dozanı Almaniyadan idxal edib.

Türkiyə aprel ayınadək Pfizer-BioNTech vaksinindən dörd milyon 800 min doza alacaq.

Türkiyə vətəndaşları vaksinin aşılanması üçün vaxt təyin edilərkən Sinovac və ya Pfizer-BioNTech peyvəndini seçə bilər.

Türkiyə səhiyyə nazirliyinin statistikasına görə, bu ölkədə peyvəndləmənin sayı on altı milyon beş yüz min dozanı ötüb keçibdir.