Türkiyə Rusiya ilə “kosmik razılaşma”ya hazırlaşır
Apr 05, 2021 09:21 Asia/Baku
Türkiyə yaxın zamanlarda Rusiya ilə kosmik sferada əməkdaşlıq haqqında razılaşma imzalaya bilər.
SəhərAzəri Axar.az-dan nəql edərək xəbər verir ki, bunu Türkiyə Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.
“Biz ölkələrlə ikitərəfli münasibətlər və hədəflərimizə uyğun müəyyənləşdirdiyimiz beynəlxalq təşkilatlarla münasibətlər qururuq. Artıq fərqli ölkələrlə, o cümlədən Rusiya ilə yaxın zamanlarda razılaşma imzalamağı planlaşdırırıq”, – deyə o bildirib.
Teqlər