Avq 01, 2021 12:19 Asia/Baku
  • Tutulanın kimliyi bəlli deyil

Türkiyə prezidenti bildirib ki, bu ölkənin meşələrindəki genişmiqyaslı yanğınlarda əlinin olmasında şübhəli bilinən bir nəfər həbs olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə meşələrindəki genişmiqyaslı yanğınlarda indiyədək azı altı nəfər həyatını itirib və 400 nəfərdən çox insan yaralanıbdır.

Rəcəb Tayyıb Ərdoğan deyib ki, hökumət rəsmiləri Türkiyəyə zərər vurmaq məqsədilə meşələri yandırmaq üçün bir nəfərin qəsdən hərəkət etməsi ehtimalını rədd etrmirlər.

Türkiyə prezidenti həbs olunan şəxsin kimliyi və ehtimal olunan məqsədi barədə bir izahat verməyib və yalnız bunu deməklə kifayətlənibdir ki, bu şəxsin Muğla vilayətinin Milas şəhərinin yaxınlığındakı meşəni yandırmaqda əli olubdur.

Biz yanğınların dəlilləri barədə ətraflı təhqiqat aparmaqdayıq. Əgər öz ana diyarını yandıra bilən cinayətkarlar olarsa, onlara ağır cəzalar veriləcəkdir.

Türkiyə prezidenti dünən yanğınların baş verdiyi bölgələrdə «fəlakət bölgəsi vəziyyəti» elan etmişdi.

Ötən həftə Antaliyada başlanan Türkiyədəki yanğınlar sürətlə bu ölkənin cənub bölgələrinə yayılmaqdadır.

Yanğınlar Marmaris və Bodrum istirahət şəhərlərindəki otellərin bir çoxundan və bütün sahil bölgələrindən insanların geniş miqyasda boşaldılmasına bais olubdur.

Teqlər