Türkiyə, NATO, İsveç və Finlandiya dördtərəfli sammit keçirəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i390562-türkiyə_nato_İsveç_və_finlandiya_dördtərəfli_sammit_keçirəcək
Türkiyə prezidentinin sözçüsü Ankara, Şimali Atlantika Alyansı NATO, İsveç və Finlandiyanın dördtərəfli sammitinin keçiriləcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2022 09:11 Asia/Baku
  • İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə prezidentinin sözçüsü Ankara, Şimali Atlantika Alyansı NATO, İsveç və Finlandiyanın dördtərəfli sammitinin keçiriləcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə keçiriləcək NATO liderlərinin əsas sammitindən əvvəl çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq, eləcə də İsveç və Finlandiya liderləri ilə çərşənbə axşamı Madriddə dördtərəfli zirvə toplantısı keçirəcək.

Kalın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ankaranın mövqeyinə və əsas sammit öncəsi Ərdoğanın İsveç, Finlandiya və NATO rəsmiləri ilə danışıqlara qatılacağına toxunaraq, deyib: "Sammitdə iştirakımız mövqeyimizdən bir addım geri çəkiləcəyimiz anlamına gəlmir".