İyul 26, 2022 12:41 Asia/Baku
  •  Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti ətraflı bir müsahibədə Ankaranın cari regional hadisələr, o sıradan NATO-nun genişləndirilməsi, İraqın şimalına olmuş son hücum, Ukraynadan taxılın köçürülməsi, Suriya işi və sair barədəki mövqelərini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan keçən həftə İraqın şimalında yerləşən Dəhuk vilayətindəki bir turizm bölgəsinin bombalanması barədə Ankaranın mövqeyini bir daha təkrarlayıb və bu hücumun guya “terrorçular” tərəfindən həyata keçirildiyini və onda məqsədin, Türkiyə-İraq münasibətlərinə xələl gətirmək olduğunu vurğulayıb.

Türkiyə prezidenti deyib: Bir daha PKK terror təşkilatının əsl simasını gördük. Bu hücum PKK-nın və onun Suriyadakı iki qolunun, yəni "YPG" və "PYD"-nin adi terror hərəkətlərinə oxşayırdı.

Ərdoğan vurğulayıb ki, Türkiyə bu hücumla bağlı mövqeyini Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-dakı müttəfiqlərinə, Birləşmiş Ştatlara və İraq rəsmilərinə bəyan edib.

O əlavə edib ki, Bağdaddan, kürd yaraqlılarının apardıqları və bu hücumu Türkiyənin boynuna atan təbliğat tələsinə düşməməsini istəyib.

Ankara iddia edir ki, Kürdüstan Fəhlə Partiyasının yaraqlıları qadın və uşaqlar da daxil olmaqla 40 mindən çox Türkiyə vətəndaşının ölümündə məsuliyyət daşıyırlar. Belə bir halda, Türkiyənin İraqın şimalına və Suriyaya qarşı hücumları üzündən, yüzlərlə kənd sakinsiz qalıbdır.

 

Teqlər