Türkiyənin mavi yanacağa olan tələbatının 16 faizini İran təmin edir
https://azeri.sahartv.ir/news/türkiyə-i394386-türkiyənin_mavi_yanacağa_olan_tələbatının_16_faizini_İran_təmin_edir
İran İslam Respublikası və Türkiyə qaz ixracı sahəsində yeni razılaşmalar əldə ediblər. Bu barədə İranın Milli Qaz Şirkətinin nümayəndəsi Məhəmməd Rza Colayi bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2022 09:46 Asia/Baku
  • Türkiyənin mavi yanacağa olan tələbatının 16 faizini İran təmin edir

İran İslam Respublikası və Türkiyə qaz ixracı sahəsində yeni razılaşmalar əldə ediblər. Bu barədə İranın Milli Qaz Şirkətinin nümayəndəsi Məhəmməd Rza Colayi bildirib.

O deyib ki, Milli Qaz Şirkəti Türkiyənin “Botaş” şirkətinin nümayəndələri ilə görüş zamanı bir sıra razılaşmalar əldə olunub. Razılaşmalara uyğun olaraq, İran qazının Türkiyəyə ixracı ilə bağlı növbəti altı ay ərzində koordinasiya olunmuş şəkildə həyata keçiriləcək.

 Onun sözlərinə görə, görüş zamanı İran qazının ixrac imkanlarının hazırkı səviyyəsi və ölkələr arasında əməkdaşlığın digər formalarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

 Qeyd edək ki, İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə ildə orta hesabla 10 milyard kubmetr qaz verir. 2021-ci ildə İran qazının Türkiyənin enerji balansındakı payı 16%-ə yaxın olub.