Ərdoğanın səfəri fikir ayrılıqlarını bitirmədi
https://azeri.sahartv.ir/news/türkiyə-i423886-Ərdoğanın_səfəri_fikir_ayrılıqlarını_bitirmədi
ABŞ-ın “Al-Monitor” nəşri Türkiyə-Azərbaycan münasibətlərində hicab mübahisəsindən sonra yaranmış vəziyyətə dair təhlil dərc edib.
(last modified 2026-11-16T08:27:49+00:00 )
Noy 15, 2026 13:26 Asia/Baku
  • Ərdoğanın səfəri fikir ayrılıqlarını bitirmədi

ABŞ-ın “Al-Monitor” nəşri Türkiyə-Azərbaycan münasibətlərində hicab mübahisəsindən sonra yaranmış vəziyyətə dair təhlil dərc edib.

Müəllif Barın Gümrükçüoğlu yazır ki, tərəflər arasında açıq gərginlik azalsa da, bir sıra ciddi fikir ayrılıqları qalmaqdadır.Məqalədə bildirilir ki, mübahisə sentyabrın 21-də Azərbaycanda dövlət məktəbləri üçün yeni geyim qaydalarının qəbulundan sonra başlayıb. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları bu qərarı tənqid ediblər. Türkiyənin tənqidlərinə cavab olaraq İlham Əliyev oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməyib. Gərginlik noyabrın 8-də Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfərindən və iki liderin münasibətlərin möhkəmliyini nümayiş etdirməsindən sonra səngiyib. Əliyevin noyabrın 11-də Antalyada keçirilən COP31 tədbirində iştirakı da münasibətlərin normallaşması istiqamətində addım kimi qiymətləndirilib. Bununla belə, nəşr Ankara ilə Bakı arasında daxili işlərə müdaxilə, Ermənistanla münasibətlər və İsraillə əməkdaşlıq məsələlərində fikir ayrılıqlarının qaldığını vurğulayır.Məqalədə qeyd olunur ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa çalışır, Azərbaycan isə bu prosesə və Ankaranın regional siyasətinə həssas yanaşır. Digər mühüm fikir ayrılığı Azərbaycanın İsraillə yaxın əlaqələri ilə bağlıdır. Ankara İsrailin Qəzzədəki siyasətini sərt tənqid etdiyi halda, Bakı Təl-Əvivlə enerji və müdafiə əməkdaşlığını davam etdirir. Nəşrin qənaətinə görə, Ərdoğanın səfəri açıq qarşıdurmanı səngitsə də, Türkiyə-Azərbaycan münasibətlərindəki strateji fikir ayrılıqlarını aradan qaldırmayıb.