Kəşmir Əlmücahidin partiyasının lideri: Mübarizəni davam etdirəcəyik!
Yarımhərbçi Kəşmir Əlmücahidin partiyası qrupunun komandanı deyib: Hindistanın münaqişəli Himaliya məntəqəsinin işğalından əl çəkməyəcəyi zamanadək mübarizəni davam etdirəcəyik!
Amerikanın son zamanlar adını xüsusi beynəlxalq terrorçular siyahısına daxil etdiyi Kəşmir Əlmücahidin partiyasının liderlərindən olan Seyid Səlahəddin deyib: Kəşmiri Hindistanın əlindən azad etməyəcəyimiz zamanadək mübarizəni dayandırmayacağıq. Səlahəddin bu sözləri Pakistanın nəzarəti altında olan Kəşmirin Muzəffərabad şəhərində güclü təhlükəsizlik tədbirləri altında keçirilən mətbuat konfransında söyləyib.
Kəşmir Əlmücahidin partiyasının liderlərindən olan Seyid Səlahəddin deyib: Bizim hərəkatımız Kəşmirin azad ediləcəyi zamanadək nəyin bahasına olursa-olsun, bu işi davam etdirəcək. İnşaallah, davam etdirəcək.
O, əlavə edib: Amerika dövləti Seyid Səlahəddinə və heç bir digər azadlıqsevər mübarizə qarşı heç bir sənədə malik deyil. Bizim mübarizəmiz diplomatik və siyasi səviyyələrdə və silahlı himayə ilə davam edəcək. Bu mübarizə BMT-nin Baş Assambleyası tərəfindən 1982-ci ilin üç mayında əxlaqi və qanuni baxımdan əsaslandırılıbdır. Odur ki, onu terrorçu azadlıq hərəkatı elan edə bilmərik.