İyul 20, 2017 17:31 Asia/Baku
  • Binəli Yıldırım
    Binəli Yıldırım

Türkiyə baş naziri Kiprə aralıq dənizində neft və qaz axtarışlarını dayandırması barədə xəbərdarlıq edib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyənin baş naziri Binəli Yıldırım cümə axşamı Kiprin Aralıq dənizindəki neft və qaz axtarışlarını vaxtsız və təhlükəli addım adlandırıb və deyib: Ankara Kiprin türk sakinli məntəqəsinin haqlarını müdafiə edəcək. 

Bİnəli Yıldırım bu sözləri Kiprin paytaxtı Nikoziyada keçirilən bir mərasimdə etdiyi çıxışı zamanı səsləndirib . Onun çıxışı Türkiyə televiziyası tərəfindən canlı olaraq yayımlanıb. 

Türkiyə ötən həftə iki hərbi gəmi və bir sualtı qayıq ilə Kipr sahillərinə yaxınlaşaraq, Kipr üçün Aralıq dənizində neft və qaz axtarışı ilə məşğul olan Fransa gəmisini diqqətlə nəzarət altına alıb. 

Ankara Kiprin qanunsuz şəkildə Aralıq dənizində neft və qaz axtarışı ilə məşğul olmasına reaksiya olaraq lazımi tədbirlər görəcəyini bildirib. 

Teqlər