Türkiyə Almaniyanı tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i277044-türkiyə_almaniyanı_tənqid_edib
Türkiyə xarici işlər nazirliyi Almaniyanın bu ölkə qarşısında siyasətini dəyişməsinə dair qərarını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2017 05:43 Asia/Baku
  • Türkiyə Almaniyanı tənqid edib
    Türkiyə Almaniyanı tənqid edib

Türkiyə xarici işlər nazirliyi Almaniyanın bu ölkə qarşısında siyasətini dəyişməsinə dair qərarını tənqid edib.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bir alman insan haqları fəalının Türkiyədə həbs edilməsini tənqid edərək, Berlinin Ankara qarşısındakı mövqeyinin dəyişəcəyi haqda xəbərdarlıq edib. Qabriel həmçinin Almaniya vətəndaşlarından Türkiyəyə səfər etməmələrini istəyib.

Almaniyada insan haqları fəalı Piter Studner iyulun beşində bir qrup insan fəalı, o sıradan Beynəlxalq Amnistiya Təşkilatının ofis müdiri ilə yanaşı Türkiyədə terrorizmə dəstək vermək ittihamı ilə həbs olunub.

Türkiyə xarici işlər nazirliyi dünən gecə yaydığı bir bəyanatda Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin sözlərinə reaksiyada bildirib ki, Ankara və Berlin bir müddətdir, bir-birilərinə qarşı ciddi etimadsızlığa düçar olublar.

Türkiyə xarici işlər nazirliyi Berlinin Ankaraya qarşı addımlar atmaq qərarını pisləyərək, bildirib ki, Türkiyə öz nailiyyətlərini maraqlarına qarşı hədələrlə aradan götürməyəcək.