İyul 24, 2017 09:14 Asia/Baku
  • Türkiyə prezidenti Küveytə səfər edib
    Türkiyə prezidenti Küveytə səfər edib

Qətər böhranını müzakirə məqsədi ilə dünən bir heyətə başçılıq edərək Fars körfəzinin ərəb ölkələrinə səfərə çıxan Türkiyə prezidenti Səudiyyə Ərəbitanı rəhbərləri ilə müzakirələrdən sonra Küveytə gedib.

İRNA-nın verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə daxil olarkən bu ölkənin əmiri şeyx Səbah Əl-Əhməd Əl-Cabir Əs-Səbah tərəfindən qarşılanıb. 

Türkiyə prezidenti dünən Səudiyyə Ərəbistanına etdiyi səfərində bu ölkənin vəliəhdi ilə görüşüb onunla danışıqlar aparıb və sabah da Qətərə səfəri gözlənilir. 

Ərdoğan regiona səfərinə başlamazdan öncə İstanbulun Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında Fars körfəzinin ərəb ölkələri arasında hər hansı bəhanə ilə yaranmış problemlərdən narahat olduğunu bildirmişdir. 

İyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətər ilə diplomatik əlaqələrini kəsdilər və bu ölkəyə qarşı sanksiyalar tətbiq etdilər. Bu 4 ölkənin Doha ilə əlaqələri normallaşdırmaq üçün irəli sürdükləri şərtlərdən biri Türkiyənin Qətərdəki hərbi bazasının fəaliyyətinin dayandırılmasından ibarətdir. 

Teqlər