Türkiyə: Amerika Suriyadakı kürd qruplara silah göndərir
Türkiyənin Anadolu informasiya agentliyi Amerikanın Suriyadakı PYD və YPG kürd silahlı qruplarına silah və hərbi təchizatlar göndərməsindən xəbər verib.
Anadolu informasiya agentliyinin məlumatına görə, Birləşmiş Ştatlar dünən gecə Suriyanın şimalındakı Rəqqə şəhərində yerləşən həmin qrupların üzvlərinə 112 ədəd treyler ilə hərbi silah və sursat göndəribdir.
Zirehli avtomobillər, tankerlər və yüksək hərəkət qabiliyyətinə malik "Hammer"(Hummer) tipli zirehli maşınlar Amerikanın Suriyadakı PYD və YPG kürd silahlı qruplarına göndərdiyi hərbi təchizatlardandır.
Anadolu informasiya agentliyinin məlumatına görə, indiyədək həmin qrupların nəzarəti altında olan məntəqələrə silah və hərbi təchizatlar daşıyan 900-dən çox amerikan treyler göndərilibdir.