Avq 17, 2017 16:23 Asia/Baku
  • Angela Merkel
    Angela Merkel

Türkiyənin Avropa işləri naziri Almaniya kanslerinin sözlərini təəssüfləndirici adlandırıb.

Türkiyənin Avropa işləri naziri Ömər Çelik Almaniya kansleri Angela Merkelin sözlərini təəssüfləndirici adlandıraraq, deyibdir ki, ikitərəfli problemlər Avropa Birliyinin külli siyasətlərində büruzə verməməlidir.

Çelik bu gün İngiltərə xarici işlər nazirinin müavini Alen Danken ilə birgə mətbuat konfransında vurğulayıb: Tamamilə aydındır ki, terrorçu Gülən təşkilatının tanınmış üzvləri Almaniyadadırlar. Hətta onlara sığınacağın verilməsi ehtimalı da qeyri-adidir.

Danken də bir daha ötən ilin 15 iyulunda Türkiyədə baş vermiş uğursuz çevrilişi pisləyərək, deyib: Əgər çevriliş İngiltərədə baş vermiş olsaydı, belə olardı ki, ordu Vestminister körpüsündə əhaliyə atəş açaraq, kraliçanın və baş nazirin qətlə yetirilməsinin ardınca olardı.

Röyters-in məlumatına görə, Almaniya kansleri Angela Merkel dünən Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesinə son qoyulması üzrə tələbləri rədd edib, amma bildiribdir ki, bu ölkədə baş vermiş son siyasi çəkişmələrə görə, Avropa Birliyi Gömrük Birliyinin Türkiyə ilə müqaviləsini təzələmək barədə müzakirə etməyəcəkdir. 

Teqlər