Almaniya terrorçuların cənnətidir
Türkiyənin baş nazirinin müavini Berlini PKK-nın və Gülən qrupunun himayədarı adlandırıb və Almaniyanın terrorçuların cənnəti olduğunu deyib.
İRNA-nın verdiyi məlumata görə, Bekir Bozdağ dünən Almaniyanın Türkiyənin 16 fevral referendumu barədəki mövqeyinin onun terrorçuları dəstəkləməsini göstərdiyini bildirərək deyib: Berlin Türkiyədə konstitusiyaya dəyişiklik referendumuna "yox" demək istiqamətində terrorçuların ruporlarına dəstək verərək geniş kampaniya aparmış oldu.
son aylarda Almaniya ilə Türkiyə arasında bəzi məsələlərə görə gərginlik yaranıb. Türkiyədə son referenduma təşviqat kampaniyasına Almaniyada qadağa qoyulması, Türkiyədə uğursuz çevrilişdə ittiham olunanlara Almaniya tərəfindən sığınacaq verilməsi və son vaxtlar alman hüquq müdafiəçisi Piter Studnerin Türkiyədə həbs edilməsi ən başlıca səbəblər sırasındadır.
Avropa ölkələri o sıradan da Almaniya Türkiyə dövlətini uğursuz dövlət çevrilişindən öz siyasi müxalifləri ilə hesab çürütmək üçün faydalanmaqda ittiham edirlər.