Z.Qabriel: AB Ərdoğanın müxaliflərini himayə etsin
https://azeri.sahartv.ir/news/türkiyə-i280526-z.qabriel_ab_Ərdoğanın_müxaliflərini_himayə_etsin
Almaniyanın xarici işlər naziri vurğulayıb ki, Avropa Birliyi Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğaının müxaliflərini himayə etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2017 04:20 Asia/Baku
  • Ziqmar Qabriel
    Ziqmar Qabriel

Almaniyanın xarici işlər naziri vurğulayıb ki, Avropa Birliyi Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğaının müxaliflərini himayə etməlidir.

Ziqmar Qabriel dünən Almaniya Sosial-Demokrat Partiyasının seçki yığıncağında deyib ki, Türkiyə xalqının yarısından çoxu demokratiya tərəfdarı olaraq, Ərdoğana dəstək vermir.

Ərdoğan bazar günü Almaniyadakı türk mənşəlilərdən istəmişdi ki, sentyabrın 24-də Almaniyada keçiriləcək parlament seçkilərində bu ölkədəki üç böyük partiyaya, o sıradan Sosial-Demokrat Partiyası və Xristian-Demokrat Partiyasına səs verməsinlər, zira onun iddiasına görə, bu partiyalar Türkiyənin düşmənləridirlər.

Ərdoğanın bu istəyi iki ölkə arasındakı gərginliyi daha da artırıbdır.