Sen 02, 2017 08:52 Asia/Baku
  • Angela Merkel
    Angela Merkel

Almaniya Kansleri dünən etdiyi çıxışında Türkiyədə alman vətəndaşların həbs edilməsini qınayıb və deyib: Berlinin Ankara ilə əlaqələrinə yenidən baxacağı ehtimal olunur.

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Adebar cümə axşamı bildirmişdi ki, Almaniyanın İzmirdəki konsulluğu qeyri-hökumət mənbələrdən başqa iki alman vətəndaşın Türkiyədə saxlanılmasından xəbərdar olub. 

Almaniya XİN sözçüsünün iddiası doğru olarsa Türkiyədə saxlanılan almanların sayı 12 nəfərə çatıb. 

İRNA-nın verdiyi məlumata görə, Angela Merkel deyib: Belə bir şəraitdə Ankara ilə müxtəlif mövzular o cümlədən Türkiyənin Gömrük İttifaqında iştirakı məsələsi barədə müzakirələr məsləhət deyil. 

Almaniya ilə Türkiyə arasında çaxnaşmalı durum son aylarda gərtinləşib buna səbəb Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendum üçün təşviqat kampaniyasına Almaniyada icazə verilməməsi, Türkiyədə baş verən son uğursuz dövlət çevrilişində əli olanlara Almaniyanın sığınacaq verməsi və son vaxtlar da bəzi alman vətəndaşların Türkiyədə saxlanılması səbəb olmuşdur. 

Almaniya bəzi digər Avropa ölkələri ilə yanaşı eləcə də Türkiyə dövlət müxalifəti, hökuməti dövlət çevrilişinə cəhd hadisəsindən siyasi müxaliflərlə hesabın çürüdülməsi üçün istifadə etməkdə ittihamlandırırlar. 

Teqlər