Türkiyə rəsmisi Almaniyanı tənqid edib
Türkiyə prezident administrasiyasının sözçüsü Almaniyanın kansleri və bu ölkənin sosial-demokrat partiyasının liderini tənqid edərək, deyib: Yaxşı olardı ki, alman rəsmilər Türkiyə ilə bağlı məsələlər haqda fikir bildirməkdənsə, Almaniyanın siyasi problemləri barədə danışsınlar.
İbrahim Kalin bu gün öz twitter səhifəsindəki yazısında dünən keçirilən siyasi debatda Almaniya kanslerliyinə namizədlər Angela Merkel ilə Martin Şultsun çıxışlarına reaksiyada yazıb: Debat proqramında Almaniyanın kansleri və bu ölkənin sosial-demokrat partiyası liderinin Türkiyəni və Rəcəb Tayyıb Ərdoğanı debatın əsas mehvəri qərar vermələri təsadüfi bir məsələ deyil və tamamilə məqsədyönlü və Türkiyə dövlətini gözdən salmaq istiqamətində atılan bir addımdır.
Türkiyə prezident administrasiyasının sözçüsü öz twitt-ində həmçinin yazıb: Almaniya və Avropa Birliyi özlərinin əsaslı və təcili ehtiyaclarına göz yumublar və Türkiyəyə və bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğana hücum ediblər ki, bu məsələ əslində Almaniyanın ümumi fikrini bu ölkənin daxili işlərindən yayındırmaqdır.
O, vurğulayıb: Merkel ilə Şultsun öz seçki debatları boyu Almaniyadakı ayrı-seçkiliyə və rasizmin artmasına işarə etməmələrinin özü Almaniyanın siyasətinin hansı nöqtəyə çatdığını göstərir.
Almaniya kanslerliyinə namizədlər Angela Merkel ilə Martin Şults dünəngecəki debatda vurğulayıblar ki, Türkiyə Avropa Birliyinə üzv edilməməlidir.