Türkiyə iraqlı qüvvələrin Kərkükdəki əməliyyatını himayə edib
https://azeri.sahartv.ir/news/türkiyə-i285305-türkiyə_iraqlı_qüvvələrin_kərkükdəki_əməliyyatını_himayə_edib
Türkiyənin xarici işlər nazirliyi bir bəyanatda iraqlı qüvvələrin Kərkükdə kürd qüvvələrinə qarşı əməliyyatını himayə edərək, bildirib ki, Ankara İraqda sülh və sabitliyin bərqərarınadək Bağdadın kənarındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2017 13:16 Asia/Baku
  • Türkiyə iraqlı qüvvələrin Kərkükdəki əməliyyatını himayə edib
    Türkiyə iraqlı qüvvələrin Kərkükdəki əməliyyatını himayə edib

Türkiyənin xarici işlər nazirliyi bir bəyanatda iraqlı qüvvələrin Kərkükdə kürd qüvvələrinə qarşı əməliyyatını himayə edərək, bildirib ki, Ankara İraqda sülh və sabitliyin bərqərarınadək Bağdadın kənarındadır.

Türkiyənin xarici işlər nazirliyi bu gün yaydığı bəyanatda sonra qeyd edibdir ki, iraqlı qüvvələrin Kərkük vilayətindəki bəzi mövqeləri peşmərgə qüvvələrinin nəzarətindən geri almaq üzrə səyini himayə edir. 

İraq ordusunun əməliyyatı Kürdüstan məntəqəsinin bu ölkədən ayrılması üzrə separatçılıq referendumundan sonra həyata keçirilir.

İraqın Kürdüstan məntəqəsi sentyabrın 25-də regional və beynəlxalq müxalifətlərə rəğmən, bu məntəqədə separatçılıq referendumu keçirdi.

Türkiyə xarici işlər nazirliyinin bəyanatı vurğulayıb ki, Ankara PKK-nın bu ölkədə iştirakına son qoymaq üçün İraqın mərkəzi dövlətilə tam həmkarlığa hazırdır.