Ankarada yüzdən çox İŞİD şübhəlisi saxlanıldı
-
Ankarada yüzdən çox İŞİD şübhəlisi saxlanıldı
Türkiyə Kütləvi İnformasiya Vasitələri bu ölkə paytaxtı Ankarada İŞİD terror qruplaşması ilə əlaqədə yüzdən çox şübhəlinin həbs olunduğunu bildiriblər.
İRİB-in məlumatına görə, Xəbər Türk telekanalı bu gün bildirib: Ankara prokurorluğunun İŞİD-lə əlaqədə şübhəli bilinən 245 nəfərin həbsinə qərar verməsi ilə, bu ölkə təhlükəsizlik qüvvələri bu şəxslərdən 110 nəfəri Ankaranın müxtəlif bölgələrində həbs ediblər.
Təhlükəsizlik qüvvələrinin İŞİD terror qruplaşmasının digər üzvlərinin həbs olunması üçün əməliyyatı davam edir.
Saxlanılanlar dindirilmək üçün Türkiyə Polisinin Terrorizmlə Mübarizə İdarəsinə aparılıblar.
Türkiyədə İŞİD terror qruplaşması üzvlərinin həbsi ilə yanaşı qeyd edək ki, bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin terrorizm qarşısında ikili strategiyası vardır. Bu ölkə hökuməti qərbli müttəfiqlərinin əməkdaşlığı ilə İraq və Suriya xalqları və dövlət qüvvələrinin qırğın və repressiya edilməsində terrorçulara dəstəkdə iştirak edir.