Türkiyədə bir qrup İŞİD terrorçusu həbs edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i286426-türkiyədə_bir_qrup_İŞİd_terrorçusu_həbs_edilib
Xəbər mənbələri İstanbulda İŞİD terror qruplaşması ilə əlaqəyə malik olmaqda ittiham edilən 34 nəfərin həbs olunmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 13:15 Asia/Baku
  • Türkiyədə bir qrup İŞİD terrorçusu həbs edilib
    Türkiyədə bir qrup İŞİD terrorçusu həbs edilib

Xəbər mənbələri İstanbulda İŞİD terror qruplaşması ilə əlaqəyə malik olmaqda ittiham edilən 34 nəfərin həbs olunmasından xəbər veriblər.

Türkiyədə çıxan Milliyyət qəzetinin verdiyi məlumata görə, hamısı xarici ölkə vətəndaşı olan saxlanılan şəxslər Türkiyə sərhədlərindən kənarda gedən döyüşlərdə iştirak ediblər. Hazırda isə həmin şəxslər İstanbulda İŞİD terror qruplaşmasının xeyriniə fəaliyyət göstərirmişlər. 

Türkiyə polisi saxlanılan şəxslərin yaşadıqları məkana baxış keçirdikləri zaman İŞİD terror qruplaşmasına aid çoxlu sayda sənəd və rabitə təchizatları aşkar və zəbt edib.