Ərdoğan bir daha FETÖ ilə mübarizəyə təkid etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i292241-Ərdoğan_bir_daha_fetÖ_ilə_mübarizəyə_təkid_etdi
Türkiyə prezidenti Fətullah Gülənin başçılıq etdiyi FETÖ ilə mübarizənin davam etdirilməsini vurğulayıb və deyib: Bu qruplaşma Türkiyənin gələcəyinə zərbə vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2018 16:34 Asia/Baku
  • Ərdoğan bir daha FETÖ ilə mübarizəyə təkid etdi
    Ərdoğan bir daha FETÖ ilə mübarizəyə təkid etdi

Türkiyə prezidenti Fətullah Gülənin başçılıq etdiyi FETÖ ilə mübarizənin davam etdirilməsini vurğulayıb və deyib: Bu qruplaşma Türkiyənin gələcəyinə zərbə vurub.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Marmara Universitetinin təsis edilməsinin 133 illiyi münasibəti ilə təşkil edilmiş mərasimdə deyib: Gülən hərəkatı Türkiyə xalqının aralarına nüfuz edib və təfriqə yaradıb. 

Ərdoğan həmçinin deyib: Güləni himayə edən ölkələr bu qruplaşmaya olan dəstəklərini dayandırmalıdırlar. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da şənbə günü ABŞ-ın Gülənlə bağlı mövqeyini tənqid edib və Amerikadan hazırda bu ölkədə yaşayan Fətullah Güləni Türkiyəyə təhvil verməsini istəyib.