Ərdoğan: Türkiyə ordusu Afrin əməliyyatından sonra Suriyanın şimalından çıxacaq
-
Ərdoğan: Türkiyə ordusu Afrin əməliyyatından sonra Suriyanın şimalından çıxacaq
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bildirib ki, bu ölkə ordusu "Zeytun budağı" əməliyyatı başa çatdıqdan dərhal sonra Suriyanın şimalındakı Afrin məntəqəsindən çıxacaqdır.
Ərdoğan dünən Türkiyə ordusunun Suriyanın şimalındakı əməliyyatının hədəflərini şərh edərək, iddia edib ki, Türkiyənin məqsədi, iki ölkənin sərhəd məntəqələrində təhlükəsizliyin bərqərarıdır.
Türkiyə prezidenti amerikalı rəsmilərin Türkiyə qüvvələrinin Suriyanın şimalındakı əməliyyatının zamanının təyini barədəki istəklərini rədd edib və deyib: Afrin əməliyyatı bitəndən və bu məntəqədəki terrorçuların dəf edilməsindən sonra bizim qüvvələr Türkiyə ərazilərinə geri dönəcəklər.
Ərdoğan Türkiyənin kürdlərlə heç bir problemə və ixtilafa malik olmadığını deyib.
O, əlavə edib: Afrin əməliyyatı regionu hədələyən amil kimi terrorçularla mübarizə üçün həyata keçirilir, lakin bəziləri bu əməliyyatı qəsdən, kürdlərə qarşı bir əməliyyat kimi qələmə verərək, onun əsas hədəflərini təhrif etmək niyyətindədirlər.