Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam etdirilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i293375-türkiyə_prezidenti_suriyanın_şimalında_hərbi_əməliyyatların_davam_etdirilməsini_vurğulayıb
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında, Afrin şəhərindəki hərbi əməliyyatı ABŞ tərəfindən himayə olunan terrorçuların tamamilə məhv ediləcəyi zamana kimi davam edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2018 18:41 Asia/Baku
  • Türkiyə prezidenti Suriyanın şimalında hərbi əməliyyatların davam etdirilməsini vurğulayıb

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında, Afrin şəhərindəki hərbi əməliyyatı ABŞ tərəfindən himayə olunan terrorçuların tamamilə məhv ediləcəyi zamana kimi davam edəcək.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan çərşənbə günü Ankarada deyib: ABŞ tərəfindən himayə olunan terrorçuların Afrindən çıxarılacağı və suriyalı didərginlərin öz evlərinə qayıtmaları üçün münasib şəraitin yaradılacağı zamana kimi "Zeytun Budağı" əməliyyatının davam edəcəyini vurğulayıb.

Türkiyə prezidenti həmçinin, digər ölkələri "Zeytun Budağı" əməliyyatını dəstəkləməyə səsləyib və deyib: Afrin əməliyyatı düşmənlərin uzun illər ərzində hazırladıqları fitnə planını nakam qoydu.

Türkiyə silahlı qüvvələri şənbə günündən başlayaraq, Suriyanın Hələb vilayətində  yerləşən sərhəd Afrinə şəhərinin terrorçlardan təmizlənməsi məqsədi ilə hərbi əməliyyatlara başlayıb.

İndiyə kimi Türkiyə ordusu və terrorçular arasında çıxan toqquşmalarda onlarla nəfərin öldüyü və yaralandığı bildirilir.

Suriya hökuməti bundan öncə Türkiyənin Afrindəki hərbi əməliyyatına öz etirazını bildirmişdi.