Yan 25, 2018 19:41 Asia/Baku
  • Almaniya Türkiyəyə silah satışını dayandırıb
    Almaniya Türkiyəyə silah satışını dayandırıb

Almaniya dövləti bildirib ki, Türkiyənin Suriyanın Afrin bölgəsinə qarşı hərbi əməliyyatına görə Ankaraya silah təhvil verilməsi dayandırılıb.

Almaniya xarici işlər naziri Ziqmar Qabriyel Şpigel qəzetinə verdiyi açıqlamada Ankaranın Afrinə qarşı hərbi əməliyyatından nigaran qaldığını bildirərək deyib: Berlin buna görə Türkiyə üçün xüsusiylə Almaniya istehsalı olan Leopard tanklarını təmin etməyi dayandırmaq qərarına gəlib. 

Şpigel qəzetinin yazdığına görə, Almaniya kansleri Angela Merkel və XİN rəhbəri Ziqmar Qabriyel Türkiyəyə silah verilməsi barədə sadəcə yeni ehtimal olunan hökumət qərar qəbul edə bilər. 

Bu məlumata görə, Türkiyəyə silah satışının dayandırılması Almaniyada qarşıdurmaları azaltmaq məqsədi güdür ona görə ki, dünən Almaniya parlamentinin xarici əlaqələr komissiyasının sədri Norbert Rutgen və yaşıllar partiyasının deputatı Aqnizka Bruger Berlinin Ankaraya qarşı münasibətini kəskin tənqid edərək Türkiyəyə silahların xüsusiylə Leopad tanklarının təhvil verilməsinin dayandırılmasını istəyiblər. 

Türkiyə 20 yanvarda Suriyanın Afrin bölgəsinə qarşı zeytun budağı adlı hərbi əməliyyata başlayıb . Ankara bu əməliyyatın birbaşa terrorçulara qarşı olduğunu bildirir Dəməşq isə bunu hücum hesab edərək pisləyib.  

Teqlər