Ərdoğan bir daha Türkiyənin Afrindəki əməliyyatının davamına təkid edib
Yan 29, 2018 13:06 Asia/Baku
-
Ərdoğan bir daha Türkiyənin Afrindəki əməliyyatının davamına təkid edib
Türkiyə prezidenti deyib ki, bu ölkə bütün terrorçuları Suriya ilə sərhədindən qovacaqdır.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən Amasya şəhərində Ədalət və İnkişaf Partiyası- AKP-nin qurultayında deyib: Türkiyə ordusu bu ölkənin Suriya ilə bütün müştərək sərhədlərini terrorçulardan təmizləyəcəkdir.
Ərdoğan sonra belə qeyd edib: Suriyalı didərginlər sərhədlərin terror ünsürlərindən təmizlənməsindən sonra öz evlərinə geri dönəcəklər.
Türkiyə prezidenti deyib: Ankara Afrində bir ölkə ərazisini işğal etmək fikrində deyil və Suriya torpağına da göz dikməyibdir.