Ərdoğanın İtaliyaya səfəri əleyhinə irimiqyaslı etirazlar
Fev 04, 2018 20:47 Asia/Baku
-
Ərdoğanın İtaliyaya səfəri əleyhinə irimiqyaslı etirazlar
Türkiyə prezidentinin Romaya səfəri İtaliyada ictimai dairələr və bu ölkədə yaşayan kürd cəmiyyətlərin irimiqyaslı etirazlarına səbəb olub.
İRNA-nın məlumatına görə, Roma şəhəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ərəfəsində divarlar üzərində etiraz şəkilləri və "ErdoganNotWelcome" haştaqı ilə doludur və bazar ertəsi günü onun əleyhinə etiraz iclası keçirilməsi planlaşdırılır.
Məlumata görə, Roma şəhərinin terrorizm əleyhinə polisi hazır vəziyyətə gətirilib və 3500 məmur Ərdoğanın təhlükəsizliyini üzərinə götürüb.