Türkiyə Afrində atəşkəsin elan edilməsinə qarşı çıxdı
Fev 25, 2018 21:37 Asia/Baku
Türkiyənin dövlət sözçüsü deyib: BMT TŞ-nin Suriyada 30 günlük atəşkəslə bağlı qətnaməsi Türkiyənin "Zeytun Budağı" əməliyyatına heç bir təsir etməyəcək.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəkir Bozdağ bazar günü deyib: Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Zeytun Budağı" hərbi əməliyyatı davam edəcək. Və BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qətnaməsi bu əməliyyatları təsir altına almayacaq.
BMT-nin Təhlükəsizlik Şurası 3 gün davam edən mübahisələrin sonunda Suriyada atəşkəslə bağlı qətnamə qəbul edib.