Almaniya Afrindəki şəraiti qəbuledilməz adlandırıb
Almaniyanın kansleri Afrindəki şəraiti qəbuledilməz adlandıraraq, Rusiya və ABŞ-ı da tənqid edibdir.
Angela Merkel bu gün Almaniya parlamenti-bundestaqda Türkiyə ordusunun Suriyadakı əməliyyatına toxunaraq, deyib: Suriyanın Afrin şəhərində baş verənlər qəbuledilməzdir.
Belə bir halda, Almaniya kansleri Rusiyanı da belə bir məsələyə görə pisləyibdir ki, sırf olaraq Suriya ordusunun "Şərqi Qutə"dəki əməliyyatını müşahidə edir.
Merkel habelə ABŞ prezidentinin alüminium və polad idxalına rüsum tətbiq etməsini tənqid edərək, xəbərdarlıq edib ki, Avropa Birliyi ehtiyac olan təqdirdə cavab addımları atacaqdır.
Bu məlumata görə, Almaniya dövlətinin sözçüsü Ulrik Demmer də Türkiyə hərbçilərinin Afrindəki qarətləri və qırğınları barədəki məlumatlardan nigarançılıq edərək, bu barədə təhqiqatın aparılmasını istəyib. O, Türkiyədən istəyibdir ki, beynəlxalq qanunlara tabe olsun.
Almaniya xarici işlər nazirliyinin sözçüsü Rayner Brul da Türkiyə hərbçilərinin və azad ordunun terrorçu ünsürlərinin Afrindəki qarətləri və qırğınları barədə təhqiqatın aparılmasını istəyib.