Almaniya xarici işlər nazirinin Türkiyə görüşləri
Almaniyanın xarici işlər naziri Türkiyə prezidenti ilə görüşərək, iki tərəfi maraqlandıran məsələlər barədə danışıqlar aparıb.
Asoşeyted Press-in verdiyi məlumata görə, Almaniyanın xarici işlər naziri Hayko Mas çərşənbə günü Ankaraya səfər edərək, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb.
Almaniyanın xarici işlər naziri həmçinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də görüşüb, danışıqlar aparıb.
Hayko Mas Türkiyəyə səfər etməzdən öncə jurnalistlər qarşısında verdiyi açıqlamada bu səfərdə məqsədin Almaniya-Türkiyə münasibətlərinin yaxşılaşdırılması adlandırıb və deyib: Bu səfər Almaniya ilə yanaşı Türkiyə üçün də böyük əhəmiyyətə malikdir. Bu diplomatik səfər Ankaranın avropalı müttəfiqləri ilə münasibətlərinin yaxşılaşmasına səbəb olacaq.
Almaniyanın xarici işlər naziri Türkiyə ilə yaxşı əlaqələrə malik olmağı ölkəsinin xeyrinə adlandırıb.
Hayk Mas bundan öncə Türkiyənin sadəcə böyük bir qonşu olmadığını, Almaniya üçün strateji əhəmiyyətli şərik olduğunu bildirmişdi.