Apr 13, 2019 11:15 Asia/Baku
  • Çavuşoğlu İsrailə xəbərdarlıq etdi
    Çavuşoğlu İsrailə xəbərdarlıq etdi

Türkiyənin xarici işlər naziri sionist İsrail rejiminin regiondakı təcavüzkarlıq siyasətlərini dərhal durdurmasını istəyərək, bu xüsusda xəbərdarlıq etdi.

Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Mövlud Çavuşoğlu cümə günü Şimali Atlantika Alyansı NATO-nun Parlament Şurasının Aralıq dənizi və Yaxın Şərq məsələləri üzrə qrupunun Antaliyada baş tutan iclasında dedi: İsrail region ölkələrinə qarşı aqressiv siyasətlərinə son qoymalı və Ağ Ev tərəfindən onlara diktə edilən yanlış siyasətləri  dayandırmalıdır. 

Türkiyənin xarici işlər naziri həmçinin, Fələstin məsələsini Yaxın Şərq və İslam Dünyasının ən önəmli məsələsi adlandıraraq, dedi: Yaxın Şərqdə sülhün bərqərar edilməsi üçün İsrailin işğalçılıq siyasətinə son qoymasından başqa yol yoxdur. 

Mövlud Çavuşoğlu  çıxışının davamında 24 aprelin Fransa prezidenti Emanuel Makron tərəfindən "Ermənilərin Soyqırımını Milli Anım Günü" adlandırılmasına etiraz olaraq dedi: Fransa öz qara keçmişinə nəzər salmalıdır. Çünki, dünya hələ də bu ölkənin 1994 və 1945-ci illərdə Ruanda və Əlcəzairdə törətdiyi cinayətləri unutmayıb. 

Teqlər