Okt 27, 2019 08:56 Asia/Baku
  • Almaniya Suriyada

Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri türkiyəli həmkarına Suriyada "dəhşətli müharibəli qış" barədə xəbərdarlıq edib.

İRİB-in verdiyi məlumata görə, Hayko Mas dünən Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə müxtəlif mövzular o sıradan Suriyanın şimalında baş verən hadisələri müzakirə edib. 

Almaniyanın xarici işlər naziri türkiyəli həmkarı ilə görüşdən sonra deyib: Türkiyə və Avropa Birliyinə üzv ölkələr Suriyada növbəti " dəhşətli müharibəli qış"-ın qarşısını almaq üçün məsuliyyət daşıyırlar və Suriyadakı mövcud vəziyyətin qorxunc bir müharibəyə gətirib çıxarmayacağından əmin olmalıdırlar. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan isə dünən bildirmişdi ki, Avropa Suriyanın şimalında təhlükəsi zonanın yaradılmasına dair Türkiyənin layihəsinə yardım etməzsə, Türkiyə miqrantların Avropaya yolunu açacaqdır. 

 

Teqlər