Türkiyədən İraqa PKK mesajı
https://azeri.sahartv.ir/news/türkiyə-i365925-türkiyədən_İraqa_pkk_mesajı
"Ölkəsində fəaliyyət göstərən PKK-ya qarşı lazımi tədbirləri görmək ilk növbədə İraqın üzərinə düşür". Bunu Türkiyə Xarici İşlər Nazirliyi deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2020 19:55 Asia/Baku
  • Türkiyədən İraqa PKK mesajı

"Ölkəsində fəaliyyət göstərən PKK-ya qarşı lazımi tədbirləri görmək ilk növbədə İraqın üzərinə düşür". Bunu Türkiyə Xarici İşlər Nazirliyi deyib.

SəhərAzəri xəbər verir, Türkiyənin  Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Uzun illərdir ki, PKK terror təşkilatı İraqın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizlik və sabitliyinə meydan oxuyur. Eyni zamanda, terror təşkilatı İraq ərazisindən Türkiyəyə hücumlar təşkil edir. Ölkəsində fəaliyyət göstərən PKK-ya qarşı lazımi tədbirləri görmək ilk növbədə İraqın üzərinə düşür. Bu məsələdə Türkiyə İraqla əməkdaşlığa hazırdır. Ancaq bölgədə PKK-nın varlığına göz yumulmağa davam edilərsə, Türkiyə sərhədlərinin təhlükəsizliyi üçün lazım olan tədbirlərə əl atacaq. İraqı bu istiqamətdə lazımlı addımlar atmağa dəvət edirik”.