Avq 14, 2020 13:34 Asia/Baku
  • Ərdoğan: Makron müstəmləkəçiliyi bərpa etmək istəyir

Türkiyə prezidenti öz fransız həmkarını Livanda müstəmləkəçilik məqsədləri güdməkdə ittiham edib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan dünən Ankarada etdiyi çıxışında Emmanuel Makronun Beyrut limanındakı partlayış faciəsindən sonra Livana səfərinə işarə ilə deyib ki, Makron Beyruta öz zahiri səfəri ilə müstəmləkəçilik sisteminin bu ölkəyə qayıtmasını istəyir.

Xatırladaq ki, Türkiyə ilə Fransa arasında xüsusən Aralıq dənizinin şərqində və Liviyada maraqlar ixtilafı üstündə artmaqda olan çəkişmələr mövcuddur.

Türkiyənin bu bölgədəki neft kəşfiyyatları Yunanıstanın və Avropa Birliyinin hiddətinə səbəb olubdur.

Paris Afinaya dəstək istiqamətində Ankaranın birtərəfli hərəkətlərini pisləyib və dünən bildirib ki, iki hərbi təyyarə və iki hərbi gəmi göndərməklə Aralıq dənizinin şərqində öz hərbi iştirakını müvəqqəti olaraq şiddətləndiribdir. Türkiyənin dövlət mediası bu xəbəri yayaraq, Fransanı xətti keçməkdə və müharibə ardınca olmaqda ittiham edibdir.

Teqlər