Sen 08, 2020 08:53 Asia/Baku
  • Ərdoğan Türkiyənin təbii mənbələrinin talan edilməsinin qarşısının alınmasını vurğulayıb

Türkiyə prezidenti deyib ki, ölkəsi heç bir tərəfə Türkiyənin sərvətini talan etmək icazəsi verməyəcək.

Rəcəb Tayyıb Ərdoğan sonra deyib ki, bu ölkə daha Beynəlxalq Valyuta Fondunun Türkiyənin iqtisadi işlərinə hökmranlıq etdiyi günlərə geri dönməyəcəkdir.

Bundan öncə Fransanın xarici işlər naziri Jan İv Le-Driyan bildirmişdi ki, Avropa Şurası cari iclasda Türkiyəyə qarşı sanksiyanın tətbiq edilməsi məsələsini araşdıracaq.

Yunanıstan başçıları da Avropa Birliyinin başçıları ilə görüşdə Şərqi Aralıq dənizində dəniz hüdudlarını pozmasına görə, Ankaraya qarşı sanksiyanın tətbiq edilməsini istədilər.

Afina iddia edir ki, Türkiyənin enerji ehtiyatları üzrə qazıntı və kəşfiyyat əməliyyatları apardığı nöqtə, Yunanıstanın iqtisadi hüdudlarında yerləşir.

Teqlər